Azərbaycanda nişanlanan azyaşlı ilə bağlı YENİ XƏBƏR   - YENİLƏNİB
19 fevral 2022 10:32 (UTC +04:00)

Azərbaycanda nişanlanan azyaşlı ilə bağlı YENİ XƏBƏR - YENİLƏNİB

Azyaşlı qızın nişan mərasimi Bərdədə baş tutmayıb. 

Bu barədə Daxili İşlər Nazirliyindən Lent.az-a bildirilib ki, həmin videonun Bərdə rayon Soğanverdi kəndində çəkilməsi ilə bağlı iddialar yoxlanılıb, təsdiqini tapmayıb.

Araşdırma davam etdirilir.

***

18:40

 

Yetkinlik yaşına çatmayan qızın ərə verilməsi ilə bağlı video yayılıb. 

Lent.az xəbər verir ki, həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülərin nişan mərasimində çəkildiyi bildirilir. Videoya yazılan şərhlərdə bəzi insanlar həmin videonun Bərdə rayonunun Soğanverdi kəndində, bəziləri isə Gürcüstanda çəkildiyini deyir. 

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  tərəfindən Lent.az-a bildirilib ki, görüntülərin harada çəkilməsi ilə bağlı araşdırma aparılır. 

Videonu təqdim edirik:


 

# 5763
avatar

Aytəkin Cəlali

Oxşar yazılar