Cəlilabadda ağac qadının üstünə aşdı - VİDEO
12 fevral 2026 09:38 (UTC +04:00)

Cəlilabadda ağac qadının üstünə aşdı - VİDEO

0

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad şəhərində 1 nəfərin üzərinə ağacın aşması nəticəsində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Lent.az-a bildirilib ki, daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Cəlilabad Rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri çağırış ünvanına cəlb olunublar.

Xilasedicilər xüsusi vasitələrlə yağan qarın ağırlığından meyvə-tərəvəz dükanının üzərinə aşmış ağacı hissələrə kəsib götürərək 60 yaşlı Əhmədova Anaxanım Sənhan qızını xilas ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar