Motosikletçini döyən sürücü
25 aprel 2022 22:25 (UTC +04:00)

Motosikletçini döyən sürücü

"Lexus"un sürücüsü motosikletçini döydü: POLİS İŞƏ QARIŞDI - VİDEO

Bakıda "Lexus" sürücüsü motosikletçini döyüb.

Lent.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilir ki, hadisə bu gün axşam saatlarında paytaxt ərazisində qeydə alınıb.

Belə ki, kəsişmədə motosiklet anidən "Lexus" markalı 10-VX-707 dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxıb. Bu zaman onlar arasında mübahisə yaranıb. Nəticədə avtomobilin sürücüsü əvvəlcə kobud surətdə motosikletçinin ayağına sürtərək keçib. Daha sonra avtomobildən düşərək onu təhqir edərək döyüb.

Hadisə ətrafda olanların və sosial şəbəkə izləyicilərinin ciddi narazılığına səbəb olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov Lent.az-a açıqlamasında yayılan görüntülərdən məlumatlı olduqlarını bildirib. Onun sözlərinə görə, artıq yayılan görüntülərlə bağlı araşdırmalara başlanıb: "Hadisə araşdırıldıqdan sonra nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

Qeyd edək ki, "Lexus"un sürücüsünün Dadaşov Sultan Tofiq oğlu olduğu bildirilir.

Motosikletçini döydülər

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7765

Oxşar yazılar

Özünü yandırıb küçədə gəzdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Özünü yandırıb küçədə gəzdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

1 may 2025 , 12:34
"Sprinter" sürücüsü polisdən belə qaçdı - VİDEO

"Sprinter" sürücüsü polisdən belə qaçdı - VİDEO

1 may 2025 , 11:59
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

1 may 2025 , 10:00
Cinsi zəifliyə bu nevroloji problemlər səbəb olurmuş - APAMED

Cinsi zəifliyə bu nevroloji problemlər səbəb olurmuş - APAMED

30 aprel 2025 , 21:37
Narkotik çəkib nömrəsiz maşın sürdü - VİDEO

Narkotik çəkib nömrəsiz maşın sürdü - VİDEO

30 aprel 2025 , 11:06
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

30 aprel 2025 , 10:00
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

29 aprel 2025 , 10:00
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

28 aprel 2025 , 10:38