Polad Piyamı, keçmiş məhkum
03 may 2022 15:15 (UTC +04:00)

Polad Piyamı, keçmiş məhkum

Marketlərə qənim kəsilən keçmiş məhkumun ETİRAFI... - VİDEO

Obyektindən oğurluq edilən market sahibi Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə müraciət edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, obyekt sahibi bildirib ki, həmin gün marketdən dəyəri 15 min manat olan tütün və ərzaq məhsulları, eləcə də kassadakı nağd pul oğurlanıb.

Ətraf ərazidəki daha bir neçə obyektdən polis bölməsinə eyni məzmunlu şikayətlər daxil olub. 

Hadisə yerlərinə baxış keçirilən zaman müəyyən edilib ki, oğurluqlar eyni şəxs tərəfindən törədilib. 

Bölmənin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Qobu qəsəbəsində yaşayan Polad Piyamı saxlanılıb. 

O, ifadəsində qəsəbə ərazisində yerləşən ümumilikdə 9 marketdən oğurluqlar etdiyini bildirib. 

Polad Piyamınin evinə baxış zamanı onun oğurluq yolu ilə ələ keçirdiyi məhsulların bir qismi qazaraq torpağın altında gizlətdiyi yerdən aşkar edilib.

Faktlarla bağlı toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. 
Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3155

Oxşar yazılar

Paytaxtda tonlarla   insan qalıqları tapıldı - VİDEO

Paytaxtda tonlarla insan qalıqları tapıldı - VİDEO

2 may 2025 , 12:42
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

2 may 2025 , 10:00
Özünü yandırıb küçədə gəzdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Özünü yandırıb küçədə gəzdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

1 may 2025 , 12:34
"Sprinter" sürücüsü polisdən belə qaçdı - VİDEO

"Sprinter" sürücüsü polisdən belə qaçdı - VİDEO

1 may 2025 , 11:59
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

1 may 2025 , 10:00
Cinsi zəifliyə bu nevroloji problemlər səbəb olurmuş - APAMED

Cinsi zəifliyə bu nevroloji problemlər səbəb olurmuş - APAMED

30 aprel 2025 , 21:37
Narkotik çəkib nömrəsiz maşın sürdü - VİDEO

Narkotik çəkib nömrəsiz maşın sürdü - VİDEO

30 aprel 2025 , 11:06
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

30 aprel 2025 , 10:00