Pişik-siçan davası: Sürücülərə çətin anlar yaşatdı -  VİDEO
22 oktyabr 2022 19:35 (UTC +04:00)

Pişik-siçan davası: Sürücülərə çətin anlar yaşatdı - VİDEO

İstanbul Kartalda yolun ortasında pişiklə siçan davası sürücülərə çətin anlar yaşadıb. 

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, sürücülərin çaşmış gözləri qarşısında baş verən davada rəngli görüntülər yaşanıb. Vətəndaşın mobil telefonunun kamerasına düşən dava sosial şəbəkədə diqqət çəkib.

Çizgi filmlərindəki səhnələri xatırladan olayda ac pişik siçanı görəndən sonra onu qovmağa çalışıb. Siçanın gözlənilməz reaksiyasını görən pişik baş verənlərə təəccüblənib. Sürücülər pişiyi-siçanı əzməmək üçün yolda saxladıqları üçün nəqliyyatın hərəkəti dayanıb. Sürücülər yolda dayanaraq davanı izləməyə başlayıblar. Pişikdən qaçaraq qarşı zolağa keçən siçan son anda yük maşınının altında qalmaqdan çətinliklə yayınıb. Bir vətəndaş yük maşınının altına girən siçanı çıxarmaq üçün çox səy göstərib. Pişik və siçan bir müddət sonra yoxa çıxıb. Digər tərəfdən vətəndaşın mobil telefonunun kamerasına əks olunan dava sosial mediada diqqət çəkib.
 

Pişik-siçan davası: Sürücülərə çətin anlar yaşatdı

# 4713
avatar

Oxşar yazılar