Xaçmazda 375 şagird 130 yerlik qəzalı məktəbə  gedəcək – VİDEO
20 avqust 2026 11:29 (UTC +04:00)

Xaçmazda 375 şagird 130 yerlik qəzalı məktəbə gedəcək – VİDEO

0

Xaçmaz rayonunun Qobuqıraq kəndində yerləşən 85 illik məktəb baxımsız vəziyyətdədir.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, 1941-ci ildə tikilən və 130 şagird üçün nəzərdə tutulan məktəbdə ötən tədris ilində 375 uşaq təhsil alıb. Binanın divarlarında çatlar, dam örtüyündə və digər konstruksiyalarında ciddi aşınmalar var. Buna baxmayaraq, məktəb yeni tədris ilində yenidən şagirdləri qəbul edəcək. Quba-Xaçmaz Regional Təhsil İdarəsi binanın əsaslı təmiri və ya yenidən tikilməsi məsələsinin qeydiyyata alındığını açıqlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar