Zaqatalada yeni yaranan göl dağıdılır? - AÇIQLAMA  - VİDEO
06 iyun 2022 16:15 (UTC +04:00)

Zaqatalada yeni yaranan göl dağıdılır? - AÇIQLAMA - VİDEO

Bir neçə gün əvvəl Zaqatalanın Mişleş kəndi yaxınlığında, Qaraqaya ərazisində, Çayarxac dərəsində yeni göl yaranması ilə bağlı xəbər vermişdik. 

Rayondakı mənbələrdən Lent.az-a yeni yaranmış göllə bağlı ziddiyyətli iddialar daxil olub.

Bir qrup sakin iddia edir ki, aramsız yağışların qayanı uçurması nəticəsində əmələ gələn həmin göl ciddi təhlükə mənbəyidir.

Belə ki, leysan yağışlarda göl daşa bilər və nəticədə rayonu sel basar. Buna görə də gölü təhlükə olmadan dağıtmaq lazımdır. 

Bəzi insanlar isə yaranmış gölüm heç bir təhlükə yaratmadığını iddia edirlər. 

Bəs görəsən mütəxəssislər bu barədə nə düşünür? 

Zaqatala Meşə İdarəsinin müdiri Rəşad Mahmudov Lent.az-a açıqlamasında bildirib ki, yeni əmələ gələn göl təhlükə mənbəyi deyil:

"Gölün yarandığı ərazi Meşə Təsərrüfatı İdarəsinə aiddir. İşçilərimiz gedib gölə baxış keçiriblər. Hazırda gölün qalmasının heç bir təhlükəsi yoxdur. Amma gələcəkdə güclü sellər olarsa, qarşısını açılıb ciddi təhlükə yarada bilər. 

Qeyd edim ki, onu dağıtmaq da asan iş deyil. Çox ucqar yerdədi, ora texnika gedə bilməz. Amma hazırki vəziyyətdə onu dağıtmağa ehtiyac yoxdur".

Ekoloq  Ənvər Əliyev isə Lent.az-a açıqlamasında sonradan yaranmış göllərin təhlükə mənbəyi olduğunu deyib: 

"Keçmişdə zəlzələ nəticəsində Kəpəz dağı uçdu Göygöl yarandı. Düzdür, bu təbiətimizdə olduqca gözəl bir mənzərə deyildi. Amma hər şeyə rəğmən Zaqatalada yaranan göl barəsində isə dəqiq heç nə deyə bilmərəm. Çünki gedib görməmişəm. Orada yaşamaq imkanını bilmirəm. Əgər o göl hansısa fəsadlar törədəcəksə, yaşayış məntəqələrinə ziyan vuracaqsa, indidən yavaş-yavaş qurutmaq lazımdır. Təcrübə göstərir ki, sonradan yaranmış belə göllər böyük fəlakətlər törədib. Orada tədqiqat aparılmalıdır. Mütəxəssislərin məsləhəti ilə su yavaş-yavaş boşaldılmalıdır. Əks-təqdirdə güclü yağıntı nəticəsində böyük su kütləsi ilə aşağı ərazilərə ziyan vura bilər. Yəni buna ehtimal var". 

Lent.az gölün yeni görüntülərini təqdim edir: 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11897

Oxşar yazılar

APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

19 iyun 2025 , 10:00
Şəhərin mərkəzində dayanacaq yoxdur -VİDEO

Şəhərin mərkəzində dayanacaq yoxdur -VİDEO

18 iyun 2025 , 18:20
Bakıda avtobuslar niyə yoxa çıxır? -VİDEO

Bakıda avtobuslar niyə yoxa çıxır? -VİDEO

18 iyun 2025 , 16:50
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

18 iyun 2025 , 10:00
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

17 iyun 2025 , 10:00
Təbrizdə partlayışlar oldu - VİDEO

Təbrizdə partlayışlar oldu - VİDEO

14 iyun 2025 , 13:17
İran raketlərinin fonunda toy  - Baxa-baxa oynadılar - VİDEO

İran raketlərinin fonunda toy - Baxa-baxa oynadılar - VİDEO

14 iyun 2025 , 12:28
Tehranda 60 nəfər ölüb, 20-i uşaqdır - VİDEO

Tehranda 60 nəfər ölüb, 20-i uşaqdır - VİDEO

14 iyun 2025 , 12:15