Yuxuda qələm  görmək nə deməkdir?
02 sentyabr 2025 10:31 (UTC +04:00)

Yuxuda qələm görmək nə deməkdir?

0

Yuxuda qələm görmək insanın elm sahibi olmasına, yüksəlməsinə, müjdəli xəbərlər almasına və uğurlu işlərə imza atmasına işarə edir. Əlinizdə qələm görmək, çox faydalı olacaq bir şey öyrənmək deməkdir. Birinin sizə qələm hədiyyə etməsi isə parlaq gələcəyi olan yeni bir işə girmənizlə yozulur.

Yuxularda bir çox şey görürük. Bunlardan biri də qələmdir.

Bəs, yuxuda qələm görmək hansı mənaya gəlir? 

Lent.az yuxuda qələm görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni təqdim edir:

Yuxuda qələm görmək nədir?

Yuxuda qələm  görmək əsrlər boyu ən mühüm ünsiyyət vasitələrindən biri olub və böyük əsərlərin gələcək nəsillərə ötürülməsinə xidmət edib. Bu səbəbdən də insanlar yuxularında qələm gördükdə, onun mənasını öyrənmək üçün maraq göstərirlər. Yuxuda qələm görmək bəzən bir sənədə və ya çeka imza ataraq borc altına girməyə yozulur. Həmçinin qarşınıza xeyirli bir qismətin çıxacağına və yaşadığınız sıxıntıları qısa müddətdə aradan qaldıracağınıza işarədir. Qələm almaq təhsil sahəsində uğurlu bir dövr keçirəcəyinizə, işlərinizin yolunda gedəcəyinə və yeni layihələrdən yaxşı qazanc əldə edəcəyinizə dəlalət edir. Qələm tapmaq isə xeyirxah, təvazökar və mehriban xarakterli olduğunuzu göstərir, ehtiyacı olan insanlara könüldən yardım edəcəyinizə və bundan məmnun qalacağınıza işarədir.

Yuxuda mavi qələm görmək nədir?
 
Yuxuda mavi qələm görmək sahib olduğunuz dəyərlərin qədrini bilməli olduğunuza işarə edir. Əgər bunu etməsəniz, ailə münasibətlərinizin korlanacağına və onlardan uzaqlaşacağınıza yozulur. İş baxımından müəyyən çətinliklər olsa da, sonradan bu problemlərin öhdəsindən gələcəyiniz bildirilib. Başqasının əlində qələm görmək günah işləməyə, sonra isə vicdan əzabı çəkərək bu xətanı düzəltməyə çalışacağınıza işarədir. Bununla yanaşı kasıb bir ailəyə yardım edəcəyinizə və savab qazanacağınıza yozulur.

Yuxuda qələm hədiyyə almaq nədir?

Qələm hədiyyə almaq şansın və qismətin açılacağına, həm iş, həm də evlilikdə gözəl fürsətlərin qarşıya çıxacağına işarədir. Karandaş görmək insanın xüsusi istedadlara sahib olduğunu göstərir və bu istedadlardan düzgün istifadə etdikdə həm iş, həm də sosial həyatda uğur qazanacağına dəlalət edir. Dolma qələm görmək, işlədiyiniz peşədə yüksələrək yaxşı maaş və hörmət qazanacağınızı göstərir. Qırmızı tükenmez qələm görmək isə adətən xeyirli işlərə yozulur, yeni bir münasibət qurulacağına və bunun evliliklə nəticələnəcəyinə işarə edir.

Yuxuda qələmi qırmaq nədir?

Yuxuda qələm qırmaq yaxşı sayılmır, çünki bu, girdiyiniz bir işdə uğursuzluğa düçar olacağınıza və xəyal qırıqlığı yaşayacağınıza işarədir. Qələmlə yazı yazmaq isə aydın gələcəyə, arzuların həyata keçəcəyinə və ailənizlə birlikdə xoşbəxt həyat sürəcəyinizə dəlalət edir. Digər yozumlara görə də qələm görmək parlaq gələcəyə, böyük bir insan olmağa, sənət sahibi olaraq dolanışığınızı təmin etməyə, övlad sahibi olmağa işarədir. Qələmin qırılması, itirilməsi və ya oğurlanması müəyyən işlərdə zərər görəcəyinizin göstəricisi sayılır. Əgər oxuyub-yazmağı bilmədiyiniz halda qələmlə yazdığınızı görsəniz, bu, xeyirli sayılmır. Qələmqabı görmək isə subaylar üçün varlı bir insanla evliliyə işarədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar

Yuxuda sincab  görmək nə deməkdir?

Yuxuda sincab görmək nə deməkdir?

1 sentyabr 2025 , 10:42
Yuxuda anadan küsmək  nə deməkdir?

Yuxuda anadan küsmək nə deməkdir?

19 avqust 2025 , 10:05
Yuxuda ev tikdirmək  nə deməkdir?

Yuxuda ev tikdirmək nə deməkdir?

16 avqust 2025 , 10:00
Yuxuda sağ insanı ölü  görmək nə deməkdir?

Yuxuda sağ insanı ölü görmək nə deməkdir?

14 avqust 2025 , 09:51
Yuxuda camış  görmək nə deməkdir?

Yuxuda camış görmək nə deməkdir?

12 avqust 2025 , 09:27
Yuxuda yoqurt  yemək nə deməkdir?

Yuxuda yoqurt yemək nə deməkdir?

9 avqust 2025 , 09:23
Yuxuda çanta itirmək  nə deməkdir?

Yuxuda çanta itirmək nə deməkdir?

7 avqust 2025 , 09:37
Yuxuda sınıq stəkan  ilə su içmək nə deməkdir?

Yuxuda sınıq stəkan ilə su içmək nə deməkdir?

5 avqust 2025 , 09:23