Azərbaycanlı "qanuni oğru" Vaqif Süleymanovla bağlı YENİ İDDİA
10 iyul 2026 12:58 (UTC +04:00)

Azərbaycanlı "qanuni oğru" Vaqif Süleymanovla bağlı YENİ İDDİA

0

Rusiyada Federal Təhlükəsizlik Xidmətində (FTX) kriminal aləmlə mübarizə aparan əsas bölmələrdən birinin rəhbərinin dəyişməsi ölkənin kriminal çevrələrində narahatlıq yaradıb. Rusiya mediası iddia edir ki, bu dəyişiklik "toxunulmaz" hesab olunan bəzi "qanuni oğrular"ın statusuna da təsir göstərə bilər.

Lent.az xəbər verir ki, yayılan məlumata əsasən, FTX-nin şöbə rəisi Rustam Abdrafikov vəzifəsini tərk edib. Həmin şöbə əsasən kriminal aləmin liderləri, xüsusilə də "qanuni oğrular" kimi tanınan şəxslərlə bağlı əməliyyat fəaliyyəti həyata keçirir.

Bildirilir ki, Abdrafikov yeddi il bu vəzifədə çalışıb.

Hazırda şöbəyə yeni rəhbər kimi FTX Korolkov təyin olunub. O, əvvəlki vəzifəsində özəl mühafizə şirkətləri və Rusiya Milli Qvardiyasına nəzarət edib. Hazırda isə yeni istiqamətdə fəaliyyətə başlayır.

Rusiyanın telegram səhifələrində qeyd olunur ki, kriminal aləmdə əsas narahatlıq yeni rəhbərin hansı istiqamətdə addımlar atacağı ilə bağlıdır. İddialara görə, Korolkovun yeni vəzifəsində özünü səs-küylü əməliyyatlarla göstərməyə çalışacağı gözlənilir.

Rusiya mediası həmçinin iddia edir ki, Abdrafikovun dövründə formalaşdırıldığı deyilən "toxunulmaz" kriminal avtoritetlərin siyahısı da ciddi dəyişikliklərə məruz qala bilər.

Həmin siyahıda "qanuni oğru" kimi tanınan Suren Tavadov (Surik Andijanski) və Vaqif Süleymanovun (Vaqif) da adının olduğu bildirilir. Məlumata görə, onlar Suren Tavadovun yubiley mərasimində saxlanılıblar. İddia olunur ki, həmin əməliyyatın təşəbbüskarı məhz yeni rəis olub. Daha sonra hər iki şəxs profilaktik söhbətdən sonra sərbəst buraxılıb.

Qeyd eək ki, Vaqif Süleymanov ötən il də profilaktik məqsədlə saxlanılıb və sonradan heç bir hüquqi nəticə olmadan azadlığa buraxılıb. Bununla belə, mənbənin iddiasına görə, bu hadisələr "toxunulmaz" hesab edilən kriminal avtoritetlər üçün ciddi xəbərdarlıq kimi qiymətləndirilib.

İddia edilir ki, artıq Vaqif Süleymanovla bağlı izli araşdırmalara başlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar