Məşhur avtoritetin qatilləri Rusiyaya qarşı  müharibəyə qoşuldu
13 may 2026 11:47 (UTC +04:00)

Məşhur avtoritetin qatilləri Rusiyaya qarşı müharibəyə qoşuldu

0

Ukraynanın Çernovtsı əyalətində kriminal aləmdə tanınmış avtoritetlərindən biri olan, “Paça” ləqəbli Yevgeni Borşanın qatilləri azadlığa çıxıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, onun qatilləri 41 yaşlı bukovinalı Vitali Qriqorkiv (“Kor”) və 48 yaşlı Oleq Muxa — cəzaçəkmə müəssisələrindən azad edilib. Onlar könüllü müraciət ediblər ki, Rusiyaya qarşı savaşmaq istəyirlər.

Bu məlumatlar təsadüfən məlum olub. Belə ki, “Paça”nın ölüm “fərmanı”nı verən 44 yaşlı kriminal avtoritet Andrey Qrekin (“Qrek”) barəsində çıxarılmış hökmə qarşı verilən apellyasiya şikayətinə baxılıb. Kriminal aləmdə tanınan “Qrek” nüfuzlu rəqibi “Paça”nın aradan götürməyi təşkil etdiyinə görə, qiyabi şəkildə 15 il azadlıqdan məhrum edilib. Məhkəmə materiallarından məlum olur ki, “Qrek”in müdafiə tərəfi hökmün ləğvinə nail olmağa çalışsa da, bu cəhd uğursuz olub. Müdafiə tərəfi birinci instansiya məhkəməsinin “Kor” və Muxanın şahid qismində dindirilməsi barədə vəsatət qaldırsa da bu da mümkün olmayıb. Lakin məlum olub ki, qətlin icraçıları azadlığa çıxıb.

Qeyd edək ki, “killer” Oleq Muxa 13 il, “Kor” isə əmlakı müsadirə olunmaqla 12 il 6 ay azadlıqdan məhrum edilmişdi.

İndi onlar öz arzuları ilə Rusiyaya qarşı döyüşürlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar