Cənubi Amerikadan Avropanın müxtəlif ölkələrinə kuryer üsulu ilə kokain ticarəti aparan və 8 ildir İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan Türk narkobaronu Feridun Müldür təslim olub.
Lent.az xəbər verir ki, bu barədə NTV kanalı məlumat yayıb.
İnterpol tərəfindən axtarılırdı
Feridun Müldür haqqında 8 il əvvəl "cinayət təşkilatına üzv olmaq və narkotik ticarəti aparmaq" ittihamı ilə həbs qərarı çıxarılıb. Qərardan sonra Müldür izini itirib. İki il əvvəl Ekvador sərhədindən qeyri-qanuni yollarla Kolumbiyaya keçdiyi müəyyən edilib və Bogotada olduğu müddətdə ələ keçirilə bilməyib.
Kuryelerlə kokain nəqliyyatı
Kolumbiyada narkotik ticarətinə davam edən və qısa müddətdə Cənubi Amerikadan Avropaya kokain ticarəti aparan beynəlxalq bir cinayət təşkilatının lideri olan Müldür, kuryerlər vasitəsilə narkotikləri insanların mədələrində xarici ölkələrə göndərməyə başlayıb. Müldürün kuryelərindən olan Nigeriya əsilli 22 yaşlı bir qadın, Sao Paulodan hava yolu ilə İstanbula gəldikdə mədəsində 1 kiloqram ağırlığında olan 82 kapsulla narkotik maddə ilə yaxalanıb.
İnterpola təslim olub
Feridun Müldür, İnterpola müraciət edərək təslim olub. Cənubi Amerikaya sığınma tələbi ilə müraciət etsə də, prokurorluq bu tələbi rədd edib.