Yeniyetmələri ailələri ilə qorxudub, əllərini qana bulaşdırdılar: DƏHŞƏTLİ İFADƏLƏR
08 dekabr 2025 17:05 (UTC +04:00)

Yeniyetmələri ailələri ilə qorxudub, əllərini qana bulaşdırdılar: DƏHŞƏTLİ İFADƏLƏR

0

Cinayət təşkilatının uşaq üzvləri elə şeylər danışdı ki...

Lent.az-ın əməkdaşının cinayətkar təşkilatın uşaq üzlərinin ifadələrindən hazırladığı material diqqətinizi çəkəcək.

Demək, qardaş ölkədə aparılan bir cinayət hadisəsi yeniyetmələrin valideynlərini şoka salıb. İfadə verən uşaqlar bildirir ki, bu cinayət təşkilatına girən artıq çıxa bilmir.

Söhbət silahlı cinayət təşkilatından gedir. Hüquq mühafizə orqanlarının məlumatına görə, bu təşkilata liderliyi Barış Boyun adlı birisi edir. Türkiyə mediası bu təşkilatın uşaq üzvlərinə dair hazırlanan ittihamnaməni əldə edə bilib. İttihamnamədə qeyd edildiyinə görə, uşaqlara bu cinayət təşkilatına niyə qoşulduqları soruşulub. Çoxu maddi çətinliklər səbəbindən təşkilata daxil olduğunu, lakin ayrılmaq istədiklərində hədələndiklərini iddia edib.

İndi isə daha konkret məlumatları verək. Belə ki, İstanbul Baş Prokurorluğu Uşaq Cinayətləri İstintaq Bürosu, lideri İtaliyada həbsdə olan Barış Boyunun yönləndirdiyi silahlı cinayət təşkilatının uşaq üzvləri ilə bağlı istintaqını tamamlayıb. 32 cinayət əməlində iştirak etdikləri müəyyən edilən, 23-ü həbsdə olmaqla 40 Cinayətə Cəlb Olunan Uşaq (CCOU) haqqında “cinayət məqsədilə qurulan təşkilata üzv olmaq”, “qəsdən adam öldürməyə cəhd”, “qarət”, “silahla hədə-qorxu”, “mülkiyyətə zərər vermə”, “6136 hadisə”, “cinayət sübutlarını məhv etmək”, “rəsmi sənəddə saxtakarlıq” və “ümumi təhlükəsizliyi qəsdən təhlükəyə atmaq” ittihamları ilə 1 il 8 aydan 75,5 ilə qədər həbs cəzası tələb olunub.

“MADDİ SƏBƏBDƏN QƏBUL ETDİM”

İstintaq zamanı uşaqlara bu cinayət təşkilatına niyə qatıldıqları soruşulub. Cavablar bir-birinə bənzəyib. Çoxu maddi imkansızlıqlar səbəbilə təşkilata gəldiyini, lakin ayrılmaq istəyəndə hədələndiklərini söyləyib.

Z.A.: “Məhəllədən dostum məni tanımadığım şəxslərlə tanış etmək üçün apardı. Pul qarşılığında Tuzlada yerləşən bir yanacaqdoldurma məntəqəsinə silahlı hücum etməli olduğumu söylədi. 50 min TL verdiklərini dedi. Atam xəstədir və pula ehtiyacımız olduğu üçün bu təklifi qəbul etdim.”

E.K.: “D.G.B. adlı şəxs məni daim bu işlərin içinə çəkməyə çalışırdı. Bu şəxs istədiyi şəkildə təşkilat liderinə və idarəçilərə çata bilir və hər kəsin ölümü qərarını verə bilirdi. Mən də qorxudan bu təşkilatdan ayrıla bilmirdim. Həm də qayğısına qalmalı olduğum anam və bacım vardı. Onların başına bir şey gəlməməsi üçün deyilənləri yerinə yetirmək məcburiyyətində qalırdım. Xüsusilə evimin şəkilini çəkərək təşkilat rəhbərliyinə göndərir, məni hədəfə çevirirdilər.”

N.A.M.: “T.K. mənə yaxınlaşdı. İşlərini görməyimi istədi. Nə iş olduğunu soruşdum. ECF Yapı və Azim Ambalaj adlı iş yerlərini güllələməyimi istədi. Dedi ki, sənə pul verərəm, küçələrdə qalmaqdan qurtularsan. Qəbul etmədim. Bir-iki saat sonra yenidən zəng edib hədə-qorxu gəldi ki, 20 qardaşım var, bu işi etməsən səni vurduraram, öldürərəm. Qorxudan qəbul etdim.”

“İŞ TAPMA ÜMİDİ İLƏ GƏLDİM”

M.Y.: “17 yaşım var. 6 Fevral zəlzələlərində Qaziantepdəki evimiz zərər görəndə maddi çətinlik yaşadıq. İş tapmaq ümidi ilə İstanbula gəldim. M.E. ilə əlaqə qurdum. M.E., davalı olduğu şəxslərin olduğunu, onların yanına gedəcəyini deyərək mənim də gəlməyimi istədi. Bu vaxt M.E.-nin silahını gördüm, qorxdum və etiraz edə bilmədim. Dəmir jilet geyinib motosikletə mindik, amma polis tərəfindən saxlandıq.”

M.E.A.: “16 yaşım var. 13 Sentyabr 2024-ə qədər Van-da yaşayırdım. Dosyada adı keçən B.A. qohumumdur, N.B. də Vandan dostumdur. Cinayət təşkilatı ilə Instagram üzərindən əlaqə qurublar. Mənə də bu təşkilat sayəsində pul qazana biləcəyimi və xərçəng olan anamın müalicə xərclərini ödəyə biləcəyimi söylədilər. Onlara inandım. Bu təşkilata daxil olduğuma peşmanam. Saxlanıldığımda heç kimə zərər verə bilməyəcəyim üçün xoşbəxt oldum.”

TƏŞKİLAT ÜZVLƏRİ DƏSTƏDƏN AYRILMAQ İSTƏYƏN UŞAQLARI HƏDƏ-QORXU İLƏ MANE OLUR

Barış Boyun təşkilatına edilən əməliyyatda yüzlərlə cinayətə bulaşmış dəstə üzvü saxlanılıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 444

Oxşar yazılar