İkardinin  arvadı və menecerinin   “Qalatasaray”dan TƏLƏBLƏRİ
09 iyun 2023 08:36 (UTC +04:00)

İkardinin arvadı və menecerinin “Qalatasaray”dan TƏLƏBLƏRİ

Dünyaca məşhur ulduzu heyətinə qatmaq istəyən "Qalatasaray" argentinalı hücumçunun həyat yoldaşı və meneceri Vanda Nara ilə danışıqlara başlayıb.

Lent.az Türkiyə mediasına istinadən Vandanın “Qalatasaray”da tələblərini təqdim edir.

"Qalatasaray" Spor Toto Super Liqasını çempion olaraq başa vurub və növbəti mövsümün işlərinə start verilib. Prioritet isə vurduğu qollarla sarı-qırmızılı komandanın uğurunda aparıcı rol oynayan Mauro İkardidir.

“Qalatasaray” rəhbərliyi PSJ ilə 1 illik müqaviləsi olan ulduz futbolçunu transfer etməyi hədəfləyib. İkardi ilə ayrı yaşasalar da, hələ də onun meneceri olan Vanda Nara ilə də danışıqlar başlayıb.

3 illik müqavilə şərti qoyan Vanda Naranın tələbləri isə kifayət qədər ağırdır...

Mauro İkardi üçün irəli sürülən tələblər bunlardır:

* 3-ü ilkin ödəniş olmaqla 6 milyon avro zəmanət haqqı.

* İlk 11-likdə başladığı 5 rəsmi oyundan sonra 250 min, ilk 11-likdə başladığı 10 rəsmi oyundan sonra 500 min, 15 oyundan sonra onun hesabına 750 min avro yatırılacaq. Bir mövsümdə oyun oynamağa görə mükafat 1,5 milyon avrodan çox ola bilməz.

* "Qalatasaray"ın Superliqa çempionluğu üçün 250 min avro, Avropa Liqası çempionluğu üçün isə 750 min avro ödəniləcək.

* UEFA turnirlərində qazandığı hər oyuna görə 35 min avro, liqada qalib gəlinən hər oyuna görə 20 min avro, kubokda qazanılan hər oyuna görə 8 min avro əlavə bonus alacaq.

* Çempionlar Liqasının son 16 turu üçün 250 min avro, 1/4 final üçün 400 min avro, yarımfinal üçün 500 min avro, çempionluq üçün isə 5 milyon avro ödəniləcək.

# 3015
avatar

Oxşar yazılar