Küçədə cinsi əlaqədə  olan 70 yaşlı kişi və 44 yaşlı qadın saxlanıldı
22 mart 2024 12:38 (UTC +04:00)

Küçədə cinsi əlaqədə olan 70 yaşlı kişi və 44 yaşlı qadın saxlanıldı

ABŞ-ın Florida ştatında 70 yaşlı kişi və 44 yaşlı qadın yoldan keçənlərin qarşısında cinsi əlaqədə olublar.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, cütlük magistral yolun kənarında, “Viro Beach-də Popeyes” fast food restoranının yaxınlığında bu işi görüblər.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları kişidən dayanıb ayağa qalxmasını istəyiblər. Saxlanılan şəxsin sözlərinə görə, bu, istəmədən baş verib.

Kişidən fərqli olaraq qadın müqavimət göstərib. O, heç bir səhv etmədiyini deyib və hüquq-mühafizə orqanlarının əməkdaşlarını söyməyə başlayıb. Onun yanından dörd boş şüşə araq və bir şüşə açılmamış rom aşkar edilib.

Saxlanılan hər iki şəxs cinsi orqanlarını ictimai yerdə nümayiş etdirməkdə ittiham olunub. Qadın, həmçinin sərxoş halda həbsə zorakılıqla müqavimət göstərmək və asayişi pozmaqda ittiham olunub.

# 7668
avatar

Oxşar yazılar