Məmur virtual “anime” kuklası   ilə evləndi
20 sentyabr 2023 21:00 (UTC +04:00)

Məmur virtual “anime” kuklası ilə evləndi

Yaponiyada 40 yaşlı məmur Akihiko Kondo virtual “anime” ifaçısı olan kukla ilə evlənib. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, məmurun valideynləri toy mərasiminə gəlməkdən imtina edib. 

Toy mərasimi 40 nəfərlik qonaqla baş tutub. Məmur bəyin sözlərinə görə, o, “fiktoseksual” münasibətlərin tərəfdarıdır. Yəni yalançı personajlara qarşı seksual və ya romantik cazibə hiss edir.

Akihiko hətta fiktoseksuallığı anlamaq üçün “FictoSexual” assosiasiyasını qurub. Ancaq hazırda qurumun yalnız dörd üzvü var. Bununla belə, o, bu ilin sonuna qədər böyük bir tədbir keçirmək niyyətindədir.

"Cəmiyyət bu problemi yaxşı başa düşmür. Fiktoseksual insanlar çox vaxt tənqidlərdən qorxurlar və onlar hissləri barədə dürüst olmur. Düşünürəm ki, danışmaq onlara düşündüklərini öyrənməyə kömək edə bilər. Ümid edirəm ki, gələcəkdə saxta personajlara qarşı seksual hissləri olan insanlar tənqid olunmayacaq və toylarını rahatlıqla istədikləri yerdə qeyd edəcək”,- deyə Kondo bildirib. 

Qeyd edək ki, Akihikonun evləndiyi kuklanın özü əvvəllər Lady Gaga ilə qastrol səfərində olmuş virtual pop müğənnisi Hatsune Miku obrazıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3696
avatar

Sevinc Fərid

Oxşar yazılar