Onu müdafiə etmədiyinə görə ərini öldürdü
21 sentyabr 2021 06:18 (UTC +04:00)

Onu müdafiə etmədiyinə görə ərini öldürdü

Şotlandiyada 36 yaşlı Lorna Middleton tanımadığı şəxslə mübahisə edərkən yanında olan ərinin onu müdafiə etmədiyi üçün vəhşicəsinə qətlə yetirib.

Lent.az "Daily Record"a istinadən xəbər verir ki, qadın buna görə ömürlük həbs cəzası alıb. İnsident bir neçə ay əvvəl baş verib.

İfadəsində qadın bildirib ki, küçədə bir kişi ilə mübahisəsi sonradan davaya çevrilib. Cütlük evə qayıdıb. Az sonra qadın evdə 38 yaşlı əri Uilyam Middltonu bıçaqla qətlə yetirib.

# 10416
avatar

Oxşar yazılar