Paparassilər Barak Obamanı görün necə yaxaladılar -  FOTO
23 iyun 2023 15:56 (UTC +04:00)

Paparassilər Barak Obamanı görün necə yaxaladılar - FOTO

ABŞ-ın keçmiş prezidenti Barak Obama ailəsi ilə Yunanıstanda istirahət edərkən arvadı Mişellə zərif davranış zamanı paparassilərə tuş gəlib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Barak və Mişel qızları ilə birlikdə Akropolla tanış olarkən siyasətçi arvadının ombasına vurub. Ailə digər turistlərlə birlikdə tarix turundan həzz alırmış kimi görünüb.

Barak Obama ilk dəfə deyil ki, həyat yoldaşına olan hisslərini ictimaiyyət qarşısında göstərir. 2020-ci ildə o, Mişelin ad gününü qeyd edərkən onu öpüb qucaqladığı bir neçə foto paylaşıb. "Hər səhnədə sən mənim ulduzumsan, @MichelleObama!" - o, həmin vaxt “Instagram”da yazıb.

Bu arada, keçən dekabr ayında Mişel evliliklərinin ilk onilliyində Barakaya "dözmədiyini" etiraf edərkən manşetlərə çıxıb. “İnsanlar bunu deyəndə yalan danışdığımı düşünür. … 10 il ərzində mən ərimə nifrət etdim”, - Mişel 2022-ci ildə  Revolt televiziya panelində xatırladıb. 

Cütlük 1998-ci ildə qızları Maliya, üç il sonra isə Saşa dünyaya gələndə valideyn olub.


 

# 4758
avatar

Oxşar yazılar