Sevgilinizin  psixopat olduğunu   göstərən 8 işarə
11 aprel 2023 18:52 (UTC +04:00)

Sevgilinizin psixopat olduğunu göstərən 8 işarə

Sevdiyiniz insan sizin üçün doğru insandır? Bəlkə vaxtında uzaqlaşmaq lazımdır? 

Lent.az qarşınızdakı şəxsin psixopat olub-olmamasını aydınlaşdırmağa kömək edəcək əlamətlərdən danışır.

Psixopat sevgili çox xarizmatikdir və bundan istifadə edir. Özünə güvənən adam təsiri bağışlayır. Sizə xoş sözlər tərifilər söyləyib özlərindən asılı vəziyyətə salırlar. Bütün arzularınızı yerinə yetirəcəkmiş kimi görünürlər.

Keçmişləri barədə gözyaşardan hadisələr danışırlar. Bununla ürəyinizdə onlara yer ayırmış olursunuz.

Patoloji yalançıdırlar. Siz yalan deyildiyinin  fərqində belə deyilsiniz.
Münasibətlər çox sürətlə inkişaf edir.

Tez-tez onu qısqanmalı olur, sizi sevdiyindən şübhəyə düşürsünüz.

Sizin özünüzə inamınızı qırır, öz gözünüzdə şəxsiyyətiniz kiçilir.

O, sizin həyat enerjinizi sorur və həyatınızın iplərini öz əlinə alır. Onun ətrafı daim ona heyranlıq bəsləyən əks cins nümayəndələri ilə doludur. Bəzən sizi ümumiyyətlə görmür.

Onunla münasibətlər sizə hüzur yox, həyəcan, qorxu, stress verir. Bu münasibətlər sizi dəyişməyə məcbur edir. Ayrılmaq istəsəniz də, buna imkan vermir. Çünki ona sizin kimi bir neçə qurban mütləq lazımdır.


 

# 3234
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar