Dərbənddə sel fəlakəti barədə öncədən xəbərdarlıq edilməyib
“Hazırda Dərbəndin palçıq basmış küçələri təmizlənir, zirzəmilərdən, evlərdən suyu çəkirlər. Şəhəri qaydaya salmaq üçün xeyli zamana ehtiyac var. İndi hava yenə tutqundur. Yenə leysan yağma ehtimalı var”.
Bunu Lent.az-ın müxbiri ilə söhbətində “Azerros” qəzetinin Şimali Qafqaz üzrə koordinatoru Telman Hacıəliyev deyib. Onun dediyinə görə, baş vermiş təbii fəlakətlə bağlı Dərbəndə gəlmiş Dağıstan respublikasının prezidenti Maqomedsalam Maqomedov bir qədər əvvəl şəhəri tərk edib: “Prezident fəlakət nəticəsində yaxınlarını itirmiş hər bir ailəyə 1 milyon rubl (təxminən 33 min dollar) yardım ediləcəyini bildirdi. Şəhər meriyasında müşavirə keçirildi. Şəhərin tezliklə səliqəyə salınması, fəlakətin aradan qaldırılması barədə göstərişlərini verdi. Bundan sonra respublikanın büdcə təşkilatlarında çalışan bütün məmurlara bir günlük əməkhaqqını Dərbənddə zərərçəkənlərin hesabına köçürülməsi barədə tapşırıq verdi”.
Dərbənd şəhər sakin Abdulla Mirzəbəyovun dediyinə görə, şəhərdə sel fəlakətinin gözlənildiyi barədə əvvəlcədən nə telekanallar, nə də yerli fövqəladə hallar nazirliyinin nümayəndəliyi xəbərdarlıq edib. Daha böyük itkilərin qarşısını isə şəhər məscidlərinin minarəsindən verilən xəbərdarlıqlar alıb. İnsanlar məscidlərdən edilən xəbərdarlıqların hesabına xilas ola biliblər.
Onun dediyinə görə, şəhərin kanalizasiyasının bərbad şəkildə olması da fəlakətin bu hədə çatmasına səbəb olub. “Dərbənd meriyasına şəhərin kanalizasiya sisteminin yenidən qurulması üçün külli miqdarda pul ayrılıb. Amma faktiki heç bir iş görülməyib. Elə bu səhlənkarlıq səbəbindən şəhərin küçələri suyun və palçığın altında qaldı. Təsəvvür edin, respublikanın prezidenti Dərbənddə müşavirə keçirir, amma şəhərin meri ora gəlmir. Çünki bilir ki, odan hesab sorulacaq” deyə Mirzəbəyov bildirib.
Xatırladaq ki, dünən yağan yağış nəticəsində Dərbənd şəhərini sel suları və onun gətirdiyi palçıq basıb. Nəticədə 7 nəfər həlak olub, yüzlərlə evə ciddi ziyan dəyib.
Səbuhi Məmmədli

Oxşar yazılar

Bu ölkələrdə uşaqların çoxu natamam qidalanır
2 avqust 2025 , 22:36
Tehranda su qıtlığına görə daha bir problem: İctimai tualetlər bağlanır
2 avqust 2025 , 15:08
Trampdan FES rəhbərinə: İstefa ver
2 avqust 2025 , 08:19
Məhkəmə sabiq prezidenti 12 il ev dustaqlığına məhkum etdi
2 avqust 2025 , 01:56
Trampdan sərt addım - Rusiyanın yaxınlığına iki nüvə sualtı qayıq göndərdi
1 avqust 2025 , 21:57
Tramp 70-ə yaxın ölkəyə yeni tariflər tətbiq etdi
1 avqust 2025 , 06:28
Yeni dünya rekordu: 829 km uzunluğunda ildırım qeydə alındı
1 avqust 2025 , 03:47