Ermənistan təyyarəsi Türkiyədə endirildi - FOTO - YENİLƏNİB
Türkiyə Xarici İşlər Nazirliyi bu gün Ərzurum Hava Limanına endirilən və hazırda yükləri yoxlanan Ermənistana məxsus təyyarə ilə bağlı açıqlama yayıb. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib ki, Ermənistan rəsmi müraciət edərək Suriyanın Hələb şəhərinə humanitar yardım göndərmək istədiyini bildirib.
Türkiyə isə Ermənistanın istəyini bir şərtlə qəbul edib. Türkiyənin şərti Suriyaya gedən təyyarənin Ərzurumda endirilərək yoxlanılması olub: “Ermənistan bu şərtimizi qəbul etdi. Əgər yoxlama nəticəsində təyyarə təmiz çıxsa, əvvəlcədən bildirilən yüklər olsa, Suriyaya uçmağa icazə veriləcək”.
***
15 Oktyabr 2012 13:55
Bu gün Ermənistana məxsus sərnişin təyyarəsi “F-16” qırıcı təyyarələrinin müşayiəti ilə məcburən Türkiyənin Ərzurum şəhərindəki hava limanına endirilib. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, hazırda təyyarədə axtarış aparılır.
Ermənistana məxsus sərnişin təyyarəsi ilə Suriyaya hərbi yük daşındığı şübhəsi var.

Oxşar yazılar

Tramp: Sabah Ağ Evdə böyük bir gün olacaq
18 avqust 2025 , 07:44
Bir gecədə 68 nəfər həbs edilib - Baş prokurordan açıqlama
18 avqust 2025 , 06:41
Böyük fəlakət - Ölənlərin sayı 645 nəfərə çatdı
18 avqust 2025 , 03:34
Paşinyandan geri addım - Üzr istədi
18 avqust 2025 , 01:17
Putinin Ukrayna müharibəsinin bitməsi üçün şərtləri məlum oldu
17 avqust 2025 , 10:42
Voronejdə azərbaycanlı iş adamı yenidən saxlanıldı
17 avqust 2025 , 03:25
Məşhur çimərliyə giriş bağlandı
17 avqust 2025 , 02:41