Rusiyaya işləməyə gedənlər rus dilində imtahan verəcəklər
27 oktyabr 2012 10:23 (UTC +04:00)

Rusiyaya işləməyə gedənlər rus dilində imtahan verəcəklər

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, mənzil-kommunal təsərrüfatı və pərakəndə satış sahəsində çalışanlar rus dilində aşağı səviyyədə imtahandan keçəcəklər.

Qanun dekabrın 1-dən qüvvəyə minir. Hazırda Rusiyada xaricilərin rus dili səviyyəsini yoxlamaq imkanına malik 160-dan çox mərkəz fəaliyyət göstərir. Rus dilinin dövlət dili statusunda olduğu Belarus və Cənubi Osetiyadan gələn əmək miqrantlarının rus dilində imtahan verilmələrinə ehtiyac yoxdur. Azərbaycandan Rusiyaya işləməyə gedənlər isə rus dilində imtahan verməlidirlər.
# 1105

Oxşar yazılar