Hələbdə müxaliflər kürdlərlə döyüşür: 30 ölü, onlarla yaralı
29 oktyabr 2012 11:32 (UTC +04:00)

Hələbdə müxaliflər kürdlərlə döyüşür: 30 ölü, onlarla yaralı

Lent.az-ın Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, PKK-nın Suriya qolu olan PYD tərəfdarları arasında döyüşlərdə azı 30 nəfər həlak olub, yaralanan və əsir götürülənlər var.

Məlumata görə, suriyalı müxaliflərlə kürdlər arasında döyüş kürdlərin Hələbdəki kompakt yaşadığı məhəllədə baş verib. Kürd silahlılar müxaliflərə böyük müqavimət göstəriblər. Suriya Azadlıq Ordusu 100-dək kürd silahlını zərərsizləşdirərək əsir götürüb.

Bu arada yayılan başqa bir məlumata görə, dünən Suriyada baş verən münaqişədə 131 nəfər həlak olub. Onlardan 70 nəfəri dinc sakinlərdir.
# 998

Oxşar yazılar