Əsədin əsgərləri Türkiyəyə sığındılar
29 oktyabr 2012 13:54 (UTC +04:00)

Əsədin əsgərləri Türkiyəyə sığındılar

Suriyanın İdlib vilayətinin Allani kəndində müxaliflərlə prezident Bəşər Əsədə sadiq birliklər arasında qanlı döyüşlər gedir.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Bəşər Əsədə sadiq əsgərlərin bir qismi müxaliflərə əsir düşməmək üçün sərhədi keçərək Türkiyəyə gəlib. Hatayın Altınözü rayonunun Ziyarət kəndindəki Dostluq Su Anbarı yaxınlarından Türkiyəyə keçən 29 əsgər türk hərbçilər tərəfindən qarşılanıb. Suriyalı əsgərlərdən 5-i yaralı olduğu üçün xəstəxanalara yerləşdirilib. 24 əsgər isə ifadələri alındıqdan sonra Altınözü rayon Jandarm Komandanlığına aparılıb.
# 1273

Oxşar yazılar