Türkiyədə anti-terror əməliyyatı: 8 terrorçu öldürülüb
29 oktyabr 2012 15:40 (UTC +04:00)

Türkiyədə anti-terror əməliyyatı: 8 terrorçu öldürülüb

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, dünən axşam saat 22:00 radələrində PKK terrorçuları Şırnakda eyni vaxtda polis şöbəsi və hərbi hissələri atəşə tutublar.

Şırnak valiliyi binası önündə növbə çəkən 3 polisdən biri şəhid olub, 2 nəfər yaralanıb. Bundan sonra anti-terror əməliyyatı başlayıb. Terrorçuları təqib edən təhlükəsizlik qüvvələri Şırnakın Beytüşşebap rayonun Uzungeçit bölgəsində 8 terrorçunu zərərsizləşdirib. Eyni zamanda 4 qırıcı təyyarə PKK-nın Şimali İraqdakı Zap və Metina düşərgələrini bombalayıb. Bölgədə əməliyyatlar davam edir.
# 957

Oxşar yazılar