Sonuncu şahid özünü asdı - FOTO
29 oktyabr 2012 16:36 (UTC +04:00)

Sonuncu şahid özünü asdı - FOTO

Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, 43 yaşlı pilot Remiqiuş Musyanın cəsədi yaşadığı mənzildə aşkar edilib.

Xatırladaq ki, intihar edən pilot Rusiyanın Smolensk aeroportuna prezident Lex Kaçınskinin təyyarəsindən əvvəl enmiş digər təyyarədə olmuşdu və dispetçerin müəmmalı hərəkətləri barədə istintaqa ifadə vermişdi.

Qeyd edək ki, keçmiş Polşa prezidenti Lex Kaçinskinin təyyarəsi 10 aprel 2010-cu ildə Rusiyanın Smolensk şəhəri yaxınlığında qəzaya uğramışdı. Prezident və təyyarədə olanların hamısı həlak olmuşdu.
# 3169

Oxşar yazılar