Boliviyada jurnalisti yandırıblar
30 oktyabr 2012 07:12 (UTC +04:00)

Boliviyada jurnalisti yandırıblar

Yaxınlar: «O, qaçaqmalçılardan danışarkən olay baş verib»

Boliviya radiosunun jurnalisti Fernando Vidal ötən gün hücuma məruz qalıb.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, birbaşa radioşou apararkən naməlum bir qrup ona hücum edib.

Radiostansiyanın məlumatına əsasən, 4 nəfər maskalı studiyaya basqın edərək, jurnalistə hücum edib, onun üzərinə benzin töküb yandırıblar.

Jurnalist və radionun əməkdaşı reanimasiyaya yerləşdirilib.

Vidalın qohumlarının sözlərinə görə, o, dinləyicilərə sərhədyanı qaçaqmalçılardan danışarkən hücuma məruz qalıb.
# 570

Oxşar yazılar