İsrail İranla bağlı son sözünü dedi
31 oktyabr 2012 17:00 (UTC +04:00)

İsrail İranla bağlı son sözünü dedi

Lent.az-ın verdiyi məlumata görə, bunu İsrailin müdafiə naziri Ehud Barak “Daily Telegraph” qəzetinə müsahibəsində söyləyib. Ehud Barak deyib ki, İran bu ilin yayında orta səviyyədə zənginləşdirilmiş uranı dinc məqsədlə istifadə etməyə qərar verərək nüvə silahı yaradacağı anı təxirə salıb və mümkün böhranı önləyib: “İran qərar anını 8-10 il təxirə salıb. Digər tərəfdən, İrana qarşı iqtisadi sanksiyalar və diplomatik səylər nəticəsiz qalacaq. Bu şərtlər altında İsrail ilə müttəfiqləri 2013-cü il ərzində İranın nüvə obyektlərini vurmaq qərarı verə bilər. İsrail İran məsələsində təkbaşına hərəkət etmək haqqını da özündə saxlayır . İrana qarşı hər hansı bir əməliyyatın indi keçirilməsi Tehran nüvə məsələsində əsas addımı atdıqdan sonra keçirməkdən daha təhlükəsizdir”.

İsrail müdafiə naziri bildirib ki, İran hər keçən ay hədəfinə daha da yaxınlaşır. Onun sözlərinə görə, İsrailin əsas qayğısı İranın nüvə obyektlərini İsrail Hərbi Hava Qüvvələrinin hücumuna qarşı dayana biləcək hala gətirməsidir: “İran nüvə silahı yaratmaq məsələsində hələ də qərarlıdır. Bu, Orta Şərqdə silahlanma yarışına təkan verəcək. İrandan bir neçə həftə sonra Səudiyyə Ərəbistanı, bir neçə il ərzində də Türkiyə nüvə silahı yaradacaq. Misir də bu yarışa qoşulmaq məcburiyyətində qalacaq. Sonra da dünya nüvə silahlarının terrorçu qrupların əlinə keçməsi kabusu ilə bağlı günləri saymalı olacaq. İsrailin bu analizini ABŞ və Avropa da dəstəkləyir. İranın nüvə ölkəsinə çevrilməkdə qərarlı olduğu məsələsində hamımız həmfikirik. Bütün variantlar masadadır... ”.
# 1955

Oxşar yazılar