Axmaqlığın son həddi: başından yuxarı tullandı, əzik-üzük oldu –
31 oktyabr 2012 18:27 (UTC +04:00)

Axmaqlığın son həddi: başından yuxarı tullandı, əzik-üzük oldu –

ABŞ-ın Florida ştatında məşhur basketbolçu Kobi Brayantın reklam tryukunu təkrarlamaq istəyən 19 yaşlı Bladimir Baretto ağır xəsarət alıb. Lent.az-ın “newsru.com” saytına istinadən verdiyi məlumata görə, öz xariqüladə qabiliyyəti ilə Amerika futbolu üzrə məşqçilərinin diqqətini cəlb etməyə cəhd göstərən 19 yaşlı Bladimir Barreto Kobi Brayant kimi qarşıdan gələn minik avtomobilinin üzərindən tullanmaq istəyib.

Ancaq o, bunu gerçəkləşdirməyi bacarmayıb. Köhnə “Honda Accord” minik avtomobilinin sükanı arxasında Bladimir Barretonun 17 yaşlı qardaşı əyləşib. Avtomobilə çırpılan Bladimir Barreto ağır travma alıb və vertolyotla Melbrundakı Travmatoloji Mərkəzə çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər...
# 2583

Oxşar yazılar