Andrey Şevçenko siyasətdə qalmağa qərar verdi
31 oktyabr 2012 18:51 (UTC +04:00)

Andrey Şevçenko siyasətdə qalmağa qərar verdi

Ötənlərin məşhur futbolçusu Andrey Şevçenko siyasi karyerasını “Ukrayna – irəli” partiyasında davam etdirmək niyyətində olduğunu açıqlayıb. Lent.az-ın məlumatına görə, Şevçenko Ukrayna Ali Radasına namizədliyini məhz bu partiyadan irəli sürsə də, seçilməyib.

Sabiq futbolçu partiyanın mətbuat xidmətinə açıqlamasında bildirib ki, Ukraynanın gələcəyinə laqeyd yanaşmadığı üçün belə qərara gəlib. Liderlərindən biri olduğu partiyanın gələcəyi barədə danışarkən, Şevçenko Ali Radada təmsil olunmadan da ukraynalıların həyatının yaxşılığa doğru dəyişməsi naminə mübarizəni davam etdirəcəyini söyləyib: “İnsanlarla işləyəcək, eyni fikirlilərlə birləşəcək, vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq edəcəyik”.

Qeyd edək ki, sabiq hücumçu partiya lideri Natalya Korolevskayanın seçkilərdə məğlubiyyətini etiraf etməsindən sonra belə bir açıqlama verib.
# 817

Oxşar yazılar