Klinton: «Suriyada müxalifətin rəhbərliyi dəyişməlidir»
01 noyabr 2012 00:55 (UTC +04:00)

Klinton: «Suriyada müxalifətin rəhbərliyi dəyişməlidir»

ABŞ-ın dövlət katibi Hillari Klinton xəbərdarlıq edərək, bildirib ki, «ekstremistlər» Suriyadakı inqilabı nəzarətləri altına almağa, onu «oğurlamağa» cəhd göstərir.

Lent.az-ın «newsru»-ya istinadən məlumatına görə, onlar «tiranlara qarşı qanuni etirazı» öz dar maraqlarının təmin olunması üçün istifadə etməyə çalışırlar.

H.Klinton bildirib ki, Suriya müxalifətinin yeni rəhbərliyə ehtiyacı var:«Suriya Milli Şurası artıq başlıca müxalif qüvvə sayıla bilməz. Çünki onlar 20, yaxud 40 il ölkədə olmayıblar». Bununla belə o, şuranın müxalifətin vacib hissəsi olduğunu da vurğulayıb.

«Bəşər Əsəd rejiminə qarşı qüvvələrin lideri başqa adamlar və başqa təşkilatlar olmalıdır. İlk növbədə gərək onlar Suriyada fəaliyyət göstərməlidir. Müxalifət səmərəli qüvvə olmalıdır. O, zorakılığa qarşı durmaq gücünə malik olmalı, habelə müvəqqəti keçid hökuməti rolunu icra etməlidir»-deyə, amerikalı diplomat söyləyib.

Dövlət katibi deyib ki, ABŞ və müttəfiqləri Suriyada rejimin dəyişdirilməsini dəstəkləmək üçün Rusiya və Çini əmin etməkdədirlər.
# 866

Oxşar yazılar