İngilislər Avropa Birliyinə üzvlük haqqının azaldılmasını istəyir
01 noyabr 2012 02:23 (UTC +04:00)

İngilislər Avropa Birliyinə üzvlük haqqının azaldılmasını istəyir

Britaniya hökuməti Avropa Birliyinin büdcəsinə ayırmalarla bağlı parlament uduzub.
Lent.az-ın «BBC» -yə istinadən məlumatına görə, baş nazir Devid Kemeronun başçılq etdiyi Mühafizəkarlar Partiyasının bir neçə üzv leyboristlər və başqa deputatlarla birləşərək, Britaniyanın Avropa Birliyinə 2014-2020-ci illərdə üzvlük haqqının azaldılmasına dair öhdəlik gücü olmayan qətnamə qəbul ediblər.

Avrokomissiyanın dəyişikliklərlə bağlı təklifində büdcənin 5 faiz artırılması nəzərdə tutulub.

Kemeron öz növbəsində AB-nin üzvlük haqqını əvvəlki səviyyədə saxlamağa çağırıb.

Dəyişiklik 294 əleyhinə olmaqla 307 səslə qəbul olunub. Siyasi təhlilçilər səsvermənin nəticələrini Kemeron üçün alçaldığı məğlubiyyət sayıb.
# 647

Oxşar yazılar