Tunisli imam Fransadan qovulub
01 noyabr 2012 02:57 (UTC +04:00)

Tunisli imam Fransadan qovulub

Fransa hakimiyyəti Tunis imamını ölkədən çıxarıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, antisemit çıxışlarına və zina edən qadının daş-qalaq olunmasına çağırış edib.

Fransanın Daxili İşlər Nazirliyi bildirib ki, Məhəmməd Hamami Parisdəki məscidlərdən birində bir neçə dəfə təxribat xarakterli çıxış etdiyi üçün suçlu sayılıb. 77 yaşlı imam həyatının böyük hissəsini Fransada yaşayıb.

Mənbənin bildirdiyinə əsasən, Fransa hakimiyyəti son illər onlarla müsəlman din xadiminin ölkədən çıxarıb.
# 680

Oxşar yazılar