Suriyada fələstinlilər hərbi briqada yaradıb
01 noyabr 2012 04:00 (UTC +04:00)

Suriyada fələstinlilər hərbi briqada yaradıb

Suriya müxalifəti hakimiyyət ordusuna qarşı vuruşmaq üçün yeni hərbi qurumun formalaşdığını bildirib.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu, «Liua əl-Asif»-dir. Mənbənin məlumatına əsasən, yeni briqada bütünlükdə Dəməşq ətrafındakı Yarmuk qaçqın düşərgəsində yaşayan fələstinlilərdən ibarətdir.

İndiki mərhələdə bu briqadanın döyüşçüləri Bəşər Əsədi dəstəkləyən «Fələstin Xalq Azadlıq Cəbhəsinin ali komandalğına» (FXAC AK) qarşı mübarizə aparacaq.

Bu yaxınlarda Yarmukda Suriya müxalifəti FXAC AK-a qarşı döyüşüb.

Mənəbənin bildirdiyinə görə, Suriyadakı yarım milyonluq fəlstinlinin 150 mini bu düşərgədə yaşayır. Avqustda Yarmuk atəşə tutulmuşdu. Onda 21 nəfər həlak olmuşdu. Fələstin muxtariyyatının başçısı Мащмуд Аббас onda həmin olayı kəskin tənqid etmişdi.
# 872

Oxşar yazılar