Atılmış körpələr üçün yeşiklər
01 noyabr 2012 05:22 (UTC +04:00)

Atılmış körpələr üçün yeşiklər

Leninqrad vilayətinin Kirişi şəhərinin küçələrində körpələr üçün yeşiklər qoyulub.

Lent.az-ın Rusiya informasiya vasitələrinə istinadən məlumatına görə, yeni doğulmuş körpələrdən imtina edən valideynlər övlaadlarını anonim olaraq, ora qoya bilər.

Yerli ictimaiyyətçilərin qənaətincə, nigahdankənar doğulmuş korpələri bu vasitə ilə xilas etmək mümükün olacaq.

Bu Rusiyada küçələrində korpələr üçün yeşiklər quraşdırılımş 10-cu obyektdir.

Rusiyada yeni doğulanların atılması halları nadir hal deyil. Bu ilin avqustun 3 günlük körpə zibillikdən salofan torpada tapılmışdı.Sağ aşkarlamış bu körpə bir müddət sonra övladlığa göütürülüb.

Xeyriyyə Fondu bunu «Ümid beşiyi» adlandırıb.
# 1825

Oxşar yazılar