Tehran atom bombası hazırlamaq işinə ara verib
01 noyabr 2012 06:21 (UTC +04:00)

Tehran atom bombası hazırlamaq işinə ara verib

«İran atom silahı hazırlamaq istiqamətində işini bir müddətə dayandırıb».

Lent.az-ın «MIGnews»-a istinadən məlumatına görə, bu haqda İsrailin müdafiə naziri Ehud Barak çıxış edib. Onun sözlərinə görə, Tehran tədricən nüvə silaha əldə etmək istiqamətindəki planını təxirə salıb.

Təl-Əviv hesab edir ki, Tehranın atom silahı əldə etməsi istiqamətində işini təxirə salmasının səbəb «İsrail və ABŞ-ın hərbi əməliyyatlara başlamasından ehtiyatlanmasıdır».

Barakın sözlərinə görə, ola bilsin Tehran vaxt udmaq və ABŞ-da prezident seçkisiqabağı şəraiti kəskinləşdirmək istəmir və «diplomatik qammbit»i «oynayır».

İsrailin məlumatına əsasən, İranın 20 faizədək zənginləşdirilmiş 189 kiloqram uranı var. Bu isə Tehrana atom bombası əldə etməyə imkan verir.
# 697

Oxşar yazılar