ABŞ-a iki sürpriz təklif
01 noyabr 2012 10:47 (UTC +04:00)

ABŞ-a iki sürpriz təklif

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, İran Qızıl Aypara Təşkilatının rəhbəri Mahmud Müzəffər ABŞ-da qasırğadan zərər çəkənlərə yardım etməyə hazır olduqlarını bəyan edib.

Sel və fırtınadan zərər çəkənlərə yardım sahəsində təcrübələrinin olduğunu söyləyən Mahmud Müzəffər bildirib ki, əgər ABŞ belə bir yardım istərsə, ən qısa vaxtda ABŞ-a yola düşməyə hazırdırlar.

ABŞ-a növbəti sürpriz təklif isə Vaşinqtonun terrorçu elan edərək başına 10 milyon dollar mükafat qoyduğu Pakistandakı “Cammat ud-Dava” xeyriyyə təşkilatının rəhbəri Hafiz Məhəmməd Səiddən gəlib. Hafiz Məhəmməd Səid “Sendi” qasırğasının vurduğu zərərin aradan qaldırılması üçün ABŞ hökumətinə yardım təkli edib. Hafiz Məhəmməd Səid ABŞ-a 10 milyon dollar həcmində yardım təklif edib. O qeyd edib ki, əgər ABŞ hökuməti icazə versə, bu ölkəyə həkimlər, xilasedicilər, ərzaq və yemək göndərməyə hazırdırlar.

Xatırladaq ki, ABŞ Hafiz Məhəmməd Səidi 2008-ci ilin noyabrında Hindistanın Mumbai şəhərində törədilən və 170 nəfərin ölümünə səbəb olan terror aktının təşkilatçısı sayır.
# 1939

Oxşar yazılar