Səudiyyə Ərəbistanında tanker partladı: 22 ölü
01 noyabr 2012 17:04 (UTC +04:00)

Səudiyyə Ərəbistanında tanker partladı: 22 ölü

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın şərqində neft yüklü bir tanker körpünün dayaqlarına çırpılıb və partlayış baş verib. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, tankerin partlaması nəticəsində 22 nəfər ölüb, 111 nəfər yaralanıb.
Ətrafdakı bina və avtomobillərə də böyük ziyan dəyib. Səudiyyə Ərəbistanı rəsmiləri hələ ki, partlayışla bağlı rəsmi açıqlama verməyiblər.
# 662

Oxşar yazılar