ABŞ fantastik raket yaratdı
01 noyabr 2012 19:42 (UTC +04:00)

ABŞ fantastik raket yaratdı

ABŞ Hərbi Hava Qüvvələri insanları öldürməyən, ancaq düşmənin elektron sistemlərini və kompüterlərini sıradan çıxaran raketi uğurla sınaqdan çıxarıb. Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, “Counter-Electronics High Power Microwave Advanced Missile Project” (CHAMP) adlandırılan silah “Boinq” korporasiyasında istehsal edilib.

Raket bütün elektron, videomüşahidə və kompüter sistemlərini yandırır. Layihənin rəhbəri Keyt Kolman deyib ki, bu, fantastik bir nailiyyətdir. CHMP elektron, videomüşahidə və kompüter sistemlərini kabel və antena vasitəsi ilə məhv edir. Eyni zamanda yolu üzərindəki bütün radarları və müşahidə sistemlərini sıradan çıxarır. Beləliklə, CHMP zərbəsinə məruz qalan ölkə kompüter və informasiya sistemində nə baş verdiyini belə bilməyəcək.

CHMP eyni zamanda hərbi infrastrukturu da məhv edir. Hətta nüvə sahəsində istənilən tədqiqatları da tam dayandıra bilər. CHMP həm də terrorçuların əlinə atom bombası düşərsə, bombanı sıradan çıxara bilər.
# 1570

Oxşar yazılar