Günün tapmacası:İraq Rusiyadan silah alır, ya yox?
İraqın müdafiə naziri Sadun əd-Dulaymi noyabrın 10-da ölkə baş naziri Nuri əl-Malikinin təmsilçisinin Rusiya ilə silah müqaviləsinin ləğv edilməsi haqda xəbəri təkzib edib.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, nazir bildirib ki, müqavilə ləğv edilməyib, sadəcə olaraq, sövdələşməyə dair hesabat vaxtında anti-korrupsiya komissiyasına təqdim olunmayıb.
«Müqavilə plan üzrə yerinə yetirilir»-deyə, ad-Dulaymi Bağdadda keçirdiyi mətbuat konfransında söyləyib.
Xatırladaq ki, İraq hökumətinin təmsilçisi Əli Musəvi Rusiya ilə 4,2 milyard dollarlıq müqavilənin korrupsiya riskləri səbəbindən ləğv edildiyini söyləymişdi. “Bu müqavilə ləğv edilib. Baş nazir Nuri əl-Maliki cari ilin oktyabrında Rusiyadan dönəndən sonra onda bu sövdələşmədə korrupsiya hallarının ola biləcəyi barədə narahatlıq yaranıb. Buna görə də, baş nazir müqaviləyə bütövlüklə yenidən baxılmasına qərar verib”, - deyə Ə. Musəvi vurğulamışdı.Onu sözlərinə görə, uyğun strukturlar hazırda məsələnin araşdırılması ilə məşğuldur.
İraq parlamentinin müdafiə və təhlükəsizlik üzrə komitənin təmsilçisi Həsən Cihad da demişdi ki, silah alınmasına dair anlaşmanın yenidən bağlanması üçün İraq Rusiyaya yeni heyət göndərmək istəyir.
Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, son günlər Rusiyanı Müdafiə Nazirliyində kadr dəyişikliyinə səbəb kimi bu sahədə korrupsiyanın mövcudluğu göstərilir.

Oxşar yazılar

İsrail-İran müharibəsi - SON DƏQİQƏ
19 iyun 2025 , 12:09
Yer kürəsinin gizli termal "nəfəsi" kəşf edildi
19 iyun 2025 , 07:24
ABŞ-da itən bir yaşlı qız üç il sonra sağ tapıldı
19 iyun 2025 , 06:57
İsrail Tehrana və İranın digər bölgələrinə zərbələr endirir
19 iyun 2025 , 05:50
Yaponiyada güclü zəlzələ baş verdi
19 iyun 2025 , 04:48
Məşhur aktyor Halk Hoqan xəstəxanaya yerləşdirildi
19 iyun 2025 , 02:32
İsrail 60 qırıcı ilə Tehranda 20-dən çox hərbi hədəfi vurdu
19 iyun 2025 , 00:32