İranda “Allaha müharibə elan edən” hüquq müdafiəçisi azadlığa çıxdı
“Allaha müharibə elan etmək” və İran rejiminə müxalif mövqedə olan Xalqın Mücahidləri Təşkilatı ilə əlaqə qurmaq ittihamları ilə günahlandırılan hüquq müdafiəçisi Şiva Nazar Ahiri 500 min dollar girov müqabilində azadlığa çıxıb. Lent.az-ın İranda yayımlanan “Arman” qəzetinə istinadən verdiyi məlumata görə, xanım hüquq müdafiəçisi keçən ilin dekabr ayında islahatçı Böyük Ayətullah Hüseyin Ali Muntazerinin dəfn mərasiminə qatılmaq üçün Qum şəhərinə gedərkən saxlanılıb.
İranda “Allaha müharibə elan etmək” suçu ölümlə cəzalandırılır. İnsan hüquq müdafiəçiləri, ziyalılar və jurnalistlər İran hakimiyyətini Şiva Nazar Ahirinin azadlığa buraxmağa çağırmışdılar.
Qeyd edək ki, hüquq müdafiəçisi keçən ilin iyun ayında da prezident seçkilərində saxtakarlığa yol verildiyi yönündə müxalifətin iddialarını müdafiə etdiyi üçün həbs olunub, 3 ay Tehrandakı Evin həbsxanasında saxlanıldıqdan sonra azadlığa buraxılıb.

Oxşar yazılar

Yer “özünü yeyir”: yer qabığının nəhəng hissələri Türkiyənin altına “axır”
10 avqust 2025 , 16:24
İsrail Suriyada bir neçə yaşayış məntəqəsinə girdi
10 avqust 2025 , 01:47
Qazımız Suriyaya çatdı
9 avqust 2025 , 21:36
ABŞ-ın bu şəhərləri su altında qalacaq
9 avqust 2025 , 17:32
ABŞ-da universitetdə ATIŞMA: ölənlər var
9 avqust 2025 , 06:58
Ermənistanla Azərbaycan arasında sülh yaranır - Paşinyan
9 avqust 2025 , 02:38
Tramp-Putin görüşünün tarixi və məkanı BƏLLİ OLDU
9 avqust 2025 , 02:18