Arda Güler üçün  əla xəbər:   müqavilə imzalasa,  sərvətini   daha da artıracaq
21 oktyabr 2026 18:53 (UTC +04:00)

Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq

0

"Real" ilə müqavilə danışıqlarını davam etdirən Arda Gülerin hələlik razılığa gəlmədiyi iddia edilir. Planlaşdırılan müqavilənin yekunlaşacağı təqdirdə Türkiyə milli komandasının futbolçunun maaşının ikiqat artacağı bildirilir.

Lent.az xarici mediaya istinadən bildirir ki, Arda Gülürin "Real"dakı gələcəyi ilə bağlı müxtəlif xəbərlər yayılmaqda davam edir. İspaniya mətbuatı tərəflərin 2031-ci ilə qədər yeni müqavilə barədə razılığa gəldiyini bildirsə də, "Sky Sports"a əsaslanan xəbərdə danışıqların hələ başa çatmadığı bildirilir.

Xəbərə görə, danışıqlar müsbət irəliləyir və hər iki tərəf müqavilənin uzadılmasını istəyir. Qalan detalları müzakirə etmək və razılaşmanı yekunlaşdırmaq üçün gələn həftə daha bir görüş planlaşdırılır. Bildirilib ki, Premyer Liqa komandalarının marağını cəlb edən milli futbolçunu saxlamaq istəyən "Real" yeni müqavilə üçün daha bir neçə məsələni həll etməlidir.

Məqsəd Arda Gülerin 2029-cu ildə başa çatacaq hazırkı müqaviləsini iki il uzatmaq və 2031-ci ilə qədər qüvvədə saxlamaqdır. Razılaşma əldə olunarsa, futbolçunun maaşının ikiqat artacağı və bonuslarla xalis qazancının 5 milyon avronu keçəcəyi iddia edilir.

Arda Güler bu mövsüm La Liqa və Çempionlar Liqasında ümumilikdə 10 oyunda 2 qol vurub və 5 məhsuldar ötürmə edib. O,  yalnız cəza səbəbindən Çempionlar Liqasında "İnter"ə qarşı oyunu buraxıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar