Sabah Xətai və Nəsimi rayonlarının bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Lent.az-a “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 22-si saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun Gəncə prospektinin, M.Hadi küçəsinin və Nəsimi rayonunun Mir Cəlal, A. Məhərrəmov, 20 Yanvar və Cavadxan küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.