Fransada aeroport və vağzallar mühasirəyə alınıb
Fransada hökumətin pensiya yaşını 60 yaşdan 62 yaşa qaldırmaqla bağlı islahatlarına etiraz edən həmkarlar ittifaqları vağzal və aeroportları mühasirəyə almağa başlayıblar. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, həmkarlar ittifaqı bu addımı hökumətin polisin köməyi ilə aksiyaçıların əhatəyə aldıqları yanacaq ehtiyat anbarlarını nəzarətə götürməsinə cavab olaraq atıb.
Bu səhər polis Conje, Le-Mane və Laroşeldə yerləşən 3 böyük yanacaq ehtiyatı anbarına girişi açıb. Həmkarlar ittifaqları isə Buş-dyu-Ron departamentindəki Por-de-Buk yanacaq ehtiyatı anbarı qarşısında piket keçirirlər. Bu anbar strateji əhəmiyyət daşıyır, aeroportlara, o cümlədən hərbi bazalara təyyarə yanacağı məhz bu anbardan gedir.
500 aksiya iştirakçısı da Klermon-Verrane aeroportunu mühasirəyə alıb. Nantda isə avtovağzalın işi iflic olub. Aksiyaçılar şəhər aeroportunun da yolunu bağlayıblar.

Oxşar yazılar

Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB
6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal
6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu
6 iyul 2025 , 11:18