Putin əsl kişi saydığı şəxsin adını açıqladı
0
0
Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, Vladimir Putin aktyoru bütün çətinliklərə baxmayaraq, Sankt-Peterburqda keçirilən Dünya Pələng Forumuna gəlməyi bacardığı üçün əsl kişi sayır.
Rusiyanın baş naziri deyib ki, Leonardo Di Kaprio ABŞ-dan Rusiyaya gəlmək üçün 3 təyyarə dəyişməli olub: İradəsi və əsəbləri zəif olan şəxs təyyarə reyslərində yaranan problemlərə dözməz və bu səfərdən imtina edə bilərdi.
Qeyd edək ki, noyabrın 21-də aktyorun da göyərtəsində olduğu təyyarə Nyu-Yorkdan havaya qalxsa da, mühərrikində problem yarandığı üçün geri qayıdaraq təcili eniş edib.