Portuqaliyada həyat dayanıb
Bu gün Portuqaliyada 24 saatlıq ümummilli tətil başlayıb. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, banklar, müəssisələr, yanacaqdoldurma məntəqələri, məktəblər bağlanıb, ictimai nəqliyyat işləmir, gün ərzində xəstəxanalarda yalnız təcili xarakterli cərrahi əməliyyatlar aparılacaq.
Ölkənin dəniz və hava limanlarının işi iflic duruma düşüb. Son 22 ildə keçirilən bu ən böyük tətilin təşkilatçıları Portuqaliya Zəhmətkeşlərinin Ümummilli Konfederasiyası və Zəhmətkeşlərin Ümummilli İttifaqıdır. Bu iki həmkarlar təşkilatı bu vaxta qədər bir-birinə qarşı kəskin rəqabət aparsa da, bu dəfə birgə hərəkət edirlər. Baş nazir Joze Sokratiş deyib ki, aksiya təşkilatçıları haqqında cinayət işi açıla bilər.
Qeyd edək ki, bu tətil aksiyası hökumətin iqtisadi siyasətinə etiraz əlaməti olaraq keçirilir. Aksiya iştirakçıları əməkhaqqının azaldılması, vergi güzəştlərinin, sosial ödəmələrin ləğvi ilə bağlı qərarının ləğvini tələb edirlər. Hakimiyyət isə bu addımla böyük büdcə kəsirini azaltmağa ümid bəsləyir. Aksiyanın Portuqaliya iqtisadiyyatına 100 milyon avro ziyan vuracağı proqnozlaşdırılır.
Xatırladaq ki, bu günlərdə Portuqaliya xarici işlər naziri Luiş Amadu deyib ki, əgər hakim partiya və müxalifət koalisiya formalaşdırılması barədə razılığa gəlməzsə, müxalifət sərt iqtisadi siyasəti dəstəkləməzsə, Portuqaliya avro zonasını tərk edə bilər.

Oxşar yazılar

Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49
Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26