Britaniya kraliçası məscidə ayaqyalın girdi - FOTO
Lent.az-ın “The Daily Mail” qəzetinə istinadən verdiyi məlumata görə, kraliça noyabrın 24-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə gəlib.
Kraliça və şahzadə Filipp təyyarədən düşəndən sonra dünyanın 6 ən böyük məscidindən biri olan və eyni vaxtda 40 min dindarın ibadət etdiyi Şeyx Zayda məscidinə gedib. Məscid Birləşmiş Ərəb Əmirliklərinin qurucusu və ilk prezidenti Şeyx Zayda ibn Sultan an-Naxayyanın adı ilə adlandırılıb. Məsciddə dünyanın ən böyük - çəkisi 47 ton olan xalça və diametri 10 metr olan ən böyük çilçıraq var. Turistlər də bu xalçaya və çilçırağa baxmaq üçün məscidə gəlirlər.
II Yelizaveta öncə Şeyx Zaydanın məscidin yaxınlığındakı qəbrini ziyarət edib, daha sonra isə ayaqqabısını çıxararaq məscidin ibadət zalına daxil olub. Kraliçanı Böyük Britaniyanın xarici işlər naziri Uilyam Xeyq və onun xanımı da müşahidə edib. Xarici işlər nazirinin xanımı müsəlman qadın paltarı geyinib, hicab taxıb. Ancaq II Yelizaveta onun kimi çadra taxmayıb, daş-qaşla bəzədilmiş geyim və şərflə məscidə daxil olub.
Böyük Britaniya kraliçasının səfəri 31 ildən sonra London və Əbu-Dabi arasında münasibətlərin yeni mərhələsi sayılır. II Yelizaveta sonuncu dəfə 1979-cu ildə Şeyx Zaydanın dəvəti ilə Əbu-Dabiyə səfərdə olub.

Oxşar yazılar

50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49
Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20
Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq
1 iyul 2025 , 17:28