Uçan ilanların sirri öyrənildi
25 noyabr 2010 15:54 (UTC +04:00)

Uçan ilanların sirri öyrənildi

ABŞ-ın Virciniya ştatındakı Tesh Universitetinin alimləri yerdən 15 metr yüksəklikdə ağaca quyruğunu dolayaraq asılı vəziyyətdə qalmağı və ən azı 24 metr uçmağı bacaran “Chrysopelea” növlü ilanların bu qabiliyyətləri ilə bağlı araşdırma aparıblar.

Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, Cənubi-Şərqi və Cənubi Asiyada yaşayan bu ilanların ağacdan-ağaca necə uçduğunu, bu zaman vücudlarını hansı şəkildə saxladıqlarını öyrənmək üçün onlar 19 metrlik qüllədən aşağı atılarkən videoya çəkiliblər.

İlanların uçuş zamanı vücudlarının hansı hissəsinin hansı konfiqurasiyada olduğunu və bu konfiqurasiyanın necə dəyişdiyini dəqiqləşdirmək onlar ağ boyalarla nöqtələr şəklində rəngləniblər. Sonradan videogörüntü aşağı sürətlə izlənərkən məlum olub ki, bu ilanlar uçarkən vücudlarını düz, yastı formada tutmur, hava axınına nisbətdə 25 dərəcədə düz, hərəkətsiz saxlayırlar. Həm də ilanlar yerə doğru hərəkət edərkən bütün güc və ağırlıqlarını qısa müddətdə də olsa, vücudlarının yuxarısında cəmləşdirməyi bacarırlar.

Araşdırmanın nəticələri Kaliforniyadakı Amerika Fizika Dərnəyinə təqdim edilib və bu həftə “Bioinspiration and Biomimetics” jurnalında yayımlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1129

Oxşar yazılar