Tələbələr Avropanı çalxalayırlar
Avropa tələbələrin aksiyaları ilə çalxalanır. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, İngiltərə, Yunanıstan və İtaliyada tələbələr büdcədə təhsilə ayrılan maliyyənin azalmasına etiraz məqsədilə küçələrə çıxıblar.
İtaliyada sağ mərkəz koalisiyanın təhsil xərclərinin məhdudlaşdırılmasını və universitetlərdə islahatlar aparılmasını nəzərdə tutan qanun layihəsi ciddi etirazla qarşılanıb. Bir qrup tələbənin Senata hücum cəhdi polis tərəfindən çətinliklə dəf edilib. Romada Senatın girişində təhlükəsizlik qüvvələri ilə yaşanan toqquşmada çox sayda insan yaralanıb.
Ölkə miqyasında minlərlə tələbə universitet binalarını, körpüləri, mağazaları ələ keçiriblər. Pisa şəhərində də 5 böyük körpünün bağlanılması səbəbi ilə nəqliyyatda problemlər yaranıb. Tələbələr Milan, Roma, Napoli və Florensiya başda olmaqla, çox sayda şəhərdəki universitetlərdə rəhbərliyi ələ keçirdiklərini bildiriblər.
İngiltərədə də universitet xərclərinin artırılması planlarına etiraz məqsədilə keçirilən nümayişlərə minlərlə insan qatılıb. Londondakı nümayişdə polislə tələbələr arasında toqquşma yaşanıb. Tələbələr bir polis avtomobilinə hücum edib. Ölkə miqyasında universitetlərdə və liseylərdə də dərslər boykot edilib. İngiltərədə hökumət universitetlərin xərclərini ən az 3 dəfə artırmağı planlaşdırır.
Yunanıstanda da tələbələr hökumətin yeni təhsil islahatlarına etiraz ediblər. Universitetlərin pulsuz olduğu ölkədə tələbələr bu vəziyyətin pozulmasını istəmirlər. Onlar təhsil xərclərinin məhdudlaşdırılmasının universitetlərdə araşdırmalara zərər verəcəyini düşünürlər.

Oxşar yazılar

50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49
Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20
Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq
1 iyul 2025 , 17:28