11 milyard dollarlıq narkotik vasitə müsadirə edilib
02 dekabr 2010 10:44 (UTC +04:00)

11 milyard dollarlıq narkotik vasitə müsadirə edilib

Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Meksikanın baş prokuroru Arturo Çaves məlumat verib.

O, hazırkı prezident Felip Kalderonun hakimiyyətə gəlməsindən sonrakı dövrdə bu sahədə mübarizənin gücləndiyini bildirib. Meksikada narkotik qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qruplaşmalara rəhbərlik edən bir neçə nəfər öldürülüb və yaxalanıb.

Qeyd edək ki, müxtəlif mənbələrin məlumatlarına görə, hər il Meksikadan ABŞ-a 300-400 ton kokain daşınır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 595

Oxşar yazılar