Putin ingilis dilində mahnı oxuyur
Lent.az-ın verdiyi məlumata görə, o, CNN-nin məşhur aparıcısı Larri Konqa müsahibəsində bunu dilə gətirib. Bu gün efirə çıxan müsahibəsində Vladimir Putin deyib ki, ingilis dilini yaxşı bilməsə də, çox söz öyrənib, tərcüməçi olmadan həmkarları ilə məişət və işgüzar şəraitdə danışmağı bacarır: “Ancaq bu müsahibə zamanı heç bir səhv buraxmamaq üçün tərcüməçi vasitəsi ilə danışıram”.
Rusiyanın baş naziri ingilis dilini öyrənməyin onun üçün istirahətin bir forması olduğunu bildirib: “Mən öz müəlliməmlə ingilis dilində müxtəlif mahnılar öyrənir və həmin mahnıları oxuyuruq”.
Vladimir Putin növbəti dəfə jurnalistlə Moskvada görüşərsə, onunla ingilis dilində danışmağa cəhd göstərəcəyinə söz verib.
Qeyd edək ki, Vladimir Putin alman dilində sərbəst danışır. Baş nazirin xanımı Lyudmila Putina isə alman, ispan və fransız dillərini bilir.

Oxşar yazılar

Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15
Yaponiyada 5,3 ballıq zəlzələ oldu
5 iyul 2025 , 05:48
Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33